Türkiyədə koronavirusun diaqnostikasında istifadə olunacaq yeni cihaz hazırlanıb
Baxış
21
İstanbul, 12 fevral, AZƏRTAC
Türkiyədə koronavirusun diaqnostikasında istifadə olunacaq yeni cihaz hazırlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Bildirilib ki, hazırda dünyada istifadə edilən üsulla virus orqanizmdə 4-24 saat ərzində aşkarlanır. Lakin yeni üsul vasitəsilə bu nəticəni 90-120 dəqiqəyə əldə etmək mümkündür. Testin 99.5 faiz doğru nəticə verdiyini qeyd edən nazir yeni cihazın ölkə xaricində də satışının planlaşdırıldığını bildirib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Şərhlər (0)