Türkiyə və Azərbaycan arasında tibb sahəsi üzrə ortaq universitet yaradılması təklif edilir

Bakı. Trend:

Türkiyə və Azərbaycan arasında tibb sahəsi üzrə ortaq universitet yaradılması təklif edilib.

Trend-in məlumatına görə, Azərbaycanın Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlı, səhiyyə sistemlərinin uyğunlaşdırılmaq məqsədilə yol xəritəsi hazırlamaq üçün Türkiyədə bir sıra görüşlər keçirib.

Türkiyəyə səfəri çərçivəsində Ankara Universitetinin rektoru Necdet Ünüvar və Sağlamlıq Elmləri Universitetinin rektoru Cevdet Erdöllə görüşən TƏBİB sədri, tibb sahəsində kadrların hazırlanması üçün əməkdaşlığın inkişaf etdirilməsi imkanları mövzusunda müzakirələr edib.

Görüşdə Ankara Universitetinin və Sağlamlıq Elmləri Universitetinin filiallarının Azərbaycanda açılmasının təklif edilməsilə yanaşı, ölkə rəhbərlərinin uyğun görəcəyi halda qardaşlıq simvolu olaraq tibb sahəsi üzrə Azərbaycan-Türkiyə Universitetinin qurulmasının mümkünlüyünə dair fikirlər səsləndirilib.