Transplantoloqlar Dərnəyinin konqresi keçirilmişdir

Türkiyənin Ankara şəhərində Türkiyə Orqan Nəqli Dərnəyi (TOND) və Türk Dünyası Transplantoloqlar Dərnəyinin (TDTD) 2-ci birgə konqresi keçirilmişdir

1-3 noyabr 2017-ci il tarixində Türkiyənin Ankara şəhərində Türkiyə Orqan Nəqli Dərnəyi (TOND) və Türk Dünyası Transplantoloqlar Dərnəyinin (TDTD) 2-ci birgə konqresi keçirilmişdir. Tədbirdə TOND və TDTD-in qurucusu və prezidenti, 2018-2020-ci illər üçün Dünya Transplantoloqlar Cəmiyyətinin (TTS) prezidenti seçilmiş dünya şöhrətli alim, professor Mehmət bəy Haberalın rəhbərliyi ilə baş tutub.

Xatırladaq ki, TOND-TDTD-in birincı konqresi məhz professor M.Haberalın təşəbbüsü ilə 2016-cı ilin 1-3 iyun tarixlərində Bakıda böyük uğurla keçirilmişdir. Həmin tədbirdə dünyanın 22 ölkəsindən və yerli mütəxəssislər də olmaqla 500-ə qədər nümayəndə iştirak etmişdi.

Ankara kongresində Türkiyə, ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya, İspaniya, Yaponiya ilə yanaşı, orta şərq MESOT ölkələri – İraq, İran, Səudiyyə Ərəbistanı, Yəmən, İordaniya, Küveyt, Pakistan, Qətər, BƏƏ və Türk Dünyası Transplantologiya dərnəyinin üzv dövlətləri – Azərbaycan, Qırgızstan, Qazaxstan, Özbəkstan, Tacikstan və bir sıra digər ölkələrin ən tanınmış alim və cərrah-transplantoloqları iştirak edib.

Konqres əsasən orqan nəqlinin etik-sosial-hüquqı aspektlərinə, bu sahədə qazanılan uğurlara, qarşıda duran problemlərə, xüsusilə də gənc müstəqil islam dövlətlərində bu sahənin daha da inkişafına həsr edilmişdi.

Konqresdə ölkəmizi TOND-TDTD-in Azərbaycan üzrə rəsmi təmsilçilərindən ibarət 25 nəfər, o cümlədən, H.İsmayılov və M.Cavad-zadə ad. Respublika Klinik Uroloji xəstəxanasının hemodializ şöbəsinin müdiri F.Babayev, Azərbaycan Transplantoloqlar Cəmiyyətinin sədri professor K.Abdullayev və başqaları təmsil edib.Təmsilçilərimiz konqresdə “Azərbaycan Respublikasında böyrək əvəzləyici müalicənin vəziyyəti” mövzusunda məruzə ilə çıxış etmiş, plenar iclas və müzakirələrdə aktiv iştirak ediblər.

Elmi toplantıda həmçinin Dünya Transplantolodiya Cəmiyyətinin hazırki Prezidenti Nency Acher (ABŞ), eks-prezident Filip O”Konelli (Avstraliya) də məruzələrlə çıxışlar ediblər.

http://e-sehiyye.gov.az