Tibbi Ekspertiza Komissiyasının iclasında bir neçə xəstənin kliniki təhlilləri müzakirə olunub
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının nəzdində fəaliyyət göstərən Tibbi Ekspertiza Komissiyasının genişləndirilmiş iclası keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, iclasda çıxış edən direktorun müavini Adil Nuriyev aparılan bu müzakirələrin rezidentlərin kliniki praktiki vərdişlərinin artırılmasına faydalı olacağını bildirib: “Belə tədbirlər vasitəsilə gələcək həkimlər xəstəlik tarixlərinin düzgün tərtibi, diaqnozun qoyulması və əsaslandırılması, müasir kliniki protokollar əsasında müalicənin tətbiqinə dair mühüm biliklərə sahib olacaqlar”.
Sonra bir neçə xəstənin kliniki təhlili aparılıb. Komissiya üzvlərinin də iştirakı ilə aparılan müzakirələrdə professorlar, şöbə müdirləri və rezidentlər iştirak ediblər.