Tibb Universitetində ödənişsiz pediatrik müayinələr
Aprelin 14, 21 və 28-də Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında ödənişsiz pediatrik aksiya keçiriləcək.
Klinikadan AZƏRTAC-a bildiriblər ki, aksiya zamanı pasiyentlər klinikanın həkimləri-pediatr-kardioloq, professor İbrahim İsayev, ATU-nun terapevtik və pediatrik propedevtika kafedrasının dosenti, uşaq nefroloqu Rauf Bəylərov, pediatr Sveta Rəfiyeva, pediatr-endokrinoloq Ləman Sultanova, pediatr Mədinə Hacıyeva və pediatr Zərifə Məmmədova tərəfindən ödənişsiz müayinə olunacaqlar.
Aksiya saat 09.00-dan 16.00-dək davam edəcək.