Tibb Universiteti: Bu mövsüm əhali arasında kəskin resperatur virus infeksiyaları sürətlə yayılıb
Bu il payız-qış mövsümündə Bakı şəhəri və rayonlarda əhali arasında kəskin respirator virus infeksiyaları sürətlə yayılıb.
Trend-in məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin (ATU) II uşaq xəstəlikləri kafedrasının professoru Surxay Musayev “1 mart İmmunitet günü”nə həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, uşaq və böyüklər arasında sürətlə yayılan bu virus insanların həftələrlə qızdırmalı olmasına səbəb olur. Xəstəliyin uzun müddət davam etməsi onun pnevmaniyaya keçməsinə də səbəb olur:
S.Musayev dünya əhalisinin orta hesabla 10 faizinin immunitetinin çox yüksək olduğunu, 10 faizində bu və ya digər formalı immun çatışmazlığının olduğunu, 80 faizə yaxın əhalidə isə immunitetin onların normal həyat tərzi, qidalanması, fiziki gərginliyi, ekoloji amillər, yuxu rejimindən asılı olduğunu söyləyib.
Trend