Tərbiyəçilər bağçalara işə necə qəbul ediləcəklər ?

Baxış
34

Bakı. Trend:

İndiyə qədər tərbiyəçilər bağça müdirləri tərəfindən işə qəbul edilirdi, lakin artıq onlar xüsusi imtahanla işə götürüləcəklər.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

O qeyd edib ki, imtahanlar adətən yay mövsümündə keçirilir.

“Müvafiq ixtisas üzrə imtahanlardan uğurla keçən müəllimlər bağçaların vakant yerlərinə qəbul ediləcək”, – deyə o əlavə edib.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin