Təkcə ötən ilin son həftəsində Milli Oftalmologiya Mərkəzinə 1764 xəstə müraciət edib

Baxış
19

Ötən ilin son həftəsində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 1764 xəstə müraciət edib.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, mərkəzdə həftə ərzində 96 cərrahi əməliyyat icra olunub. Cərrahi müdaxilələrin əksəriyyətini kataraktanin fakoemulsifikasiyasi+İOL implantasiyası təşkil edib. Digər əməliyyatlar kataraktanın ekstrakapsulyar ekstraksiyası+İOL implantasiyası, 2-cili İOL implantasiyası, intravitreal əməliyyatlar, çəpgözlüyün korreksiyas və s. üzrə aparılıb.

Həftə ərzində mərkəzin Masallı filialına 342 xəstə müraciət edib ki, onlardan 11-i üzərində cərrahi əməliyyat icra olunub.

Gəncə filialına 175 xəstə müraciət edib, onlardan 12-si əməliyyat olunub.

 

AZƏRTAC

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin