TƏBİB işçi axtarır

TƏBİB İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinə mütəxəssis (SMM bilikləri ilə) vakansiyası elan edib.
Ölkə.az xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilib.
TƏBİB İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinə Mütəxəssis (SMM bilikləri ilə)
17.10.2025
Görəcəyiniz işlər:
-
TƏBİB-ə aid olan sosial media hesablarının idarə olunması və inkişafı
-
Kreativ, orijinal və yüksək keyfiyyətli kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək
-
Rəqəmsal reklam alətləri üzrə fəaliyyət planları hazırlamaq və müvafiq prosesləri idarə etmək
-
İctimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyətinə uyğun olaraq foto, video və mətn kontentlərinin hazırlanması
-
Sosial şəbəkə səhifələri üzrə aylıq, rüblük və illik hesabatların hazırlanmas
-
Rəsmi sosial şəbəkə səhifələrinə daxil olan müraciətlərin (şərh və mesajlar) qeydiyyata alınmasının və cavablandırılmasının təmin olunması
-
Hədəf auditoriya seçmək və izləyici kütləsini artırmaq
-
Şöbənin fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi üzrə təkliflər vermək
Bizim üçün uyğun namizəd:
-
Ali təhsil
-
Sahə üzrə minimum 3 il iş təcrübəsi
-
Dil bilikləri: ingilis dili – arzuolunan
-
Kompüter bilikləri: MS Office proqramları, Adobe İllustrator, Adobe Photoshop, Canva – yaxşı
-
Sosial media platformalarının idarə olunması (Facebook, Instagram, LinkedIn, YouTube, TikTok və s.) üzrə peşəkar bilik
-
Kontent planlaşdırma, sosial media strategiyalarının hazırlanması və həyata keçirilməsi bacarığı
-
Azərbaycan dilinin orfoepiya, orfoqrafiya və üslub normalarını mükəmməl bilmək
-
Komandada işləmə bacarığı
-
Vaxtın idarə olunması və planlama
-
Problemlərin həlli və operativ qərarvermə
-
Yüksək ünsiyyət və yazı bacarığı
-
İctimaiyyət və media ilə işləmə mədəniyyəti
Əlavə məlumatlar:
-
İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi
-
İş vaxtı: 09:00 – 18:00
Müraciət qaydası
-
CV vacancy@tabib.gov.az ünvanına göndərilməlidir
-
Mövzu sətrində “İctimaiyyətlə əlaqələr şöbəsi – Mütəxəssis” qeyd olunmalıdır
-
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
17.10.2025 – Son müraciət