TƏBİB-in tabeli tibb müəssisələrində çalışan məsul şəxslər üçün "İntensiv təlim proqramı"na başlanılıb
Bakı, 14 aprel, AZƏRTAC
TƏBİB-in tabeli tibb müəssisələrində çalışan məsul şəxslərin idarəçilik üzrə bilik və bacarıqlarının artırılması məqsədilə “İntensiv təlim proqramı”na (İTP) start verilib.
TƏBİB-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə qurumun İnsan resursları departamentinin rəhbəri Günəş Qədimova tibb işçilərinin peşə hazırlığının artırılmasının vacibliyi, təlim proqramının məqsədi və qarşıda duran vəzifələr barədə geniş məlumat verib. G.Qədimova icbari tibbi sığortanın tətbiq edilməsi ilə keyfiyyətcə yeni mərhələyə qədəm qoyan səhiyyə sisteminin daha da inkişaf etməsi üçün kadr potensialinın önəmini vurğulayıb.
Daha sonra çıxış edən Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov vətəndaş məmnunluğunun artırılması istiqamətində bu kimi təlimlərin keçirilməsinin müstəsna rolu olduğunu bildirib.
Təlim 17 günlük müddəti əhatə edir və fərqli qruplar üçün mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.