TƏBİB 10 yaşlı oğlanın ölümü ilə bağlı açıqlama yayıb
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) 10 yaşlı oğlanın ölümü ilə bağlı açıqlama yayıb.
TƏBİB-dən “Report”a bildirilib ki, yanvarın 11-i saat 10:24-də 2010-cu il təvəllüdlü Mahatov Turan Tural oğlu Balakən Rayon Mərkəzi Xəstəxanasına kəskin respirator virus infeksiyası ilə gətirilib:
“Xəstəyə ilkin ambulator yardım göstərildikdən sonra evə buraxılıb. Yanvarın 12-si saat 00:05-də ağırlaşma ilə yenidən xəstəxanaya müraciət olunub, təcili yardım şöbəsində yardım edilib. Valideynləri tərəfindən Bakıya aparılarkən yolda dünyasını dəyişib”.
Faktla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi araşdırma aparır.