Tbilisidə keçirilən SEEC 2026 konfransında Azərbaycan da təmsil olunub

Baxış
289

5–7 mart 2026-cı il tarixlərində Gürcüstanın Tbilisi şəhərində kistoz fibroz sahəsində regionun mühüm beynəlxalq tədbirlərindən biri — 13-cü Cənub-Şərqi Avropa Kistoz Fibroz Konfransı (SEEC 2026) keçirilib. Konfrans müxtəlif ölkələrdən həkimləri, tədqiqatçıları, pasiyent təşkilatlarını və ekspertləri bir araya gətirərək kistoz fibroz üzrə müasir müalicə yanaşmaları, elmi yeniliklər və regional əməkdaşlıq imkanlarının müzakirəsi üçün platforma yaradıb.

Tədbirdə “Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyi də fəal iştirak edib. Birliyi təsisçi sədr Səadət Bayramova, həmtəsisçilər doktor Erkin Rəhimov və Aynur Hümbətova təmsil ediblər. Onların çıxışlarında pasiyent və ailələrin baxış bucağından Azərbaycanda kistoz fibroz qayğısının mövcud vəziyyəti, müalicə imkanları və dərman təminatı ilə bağlı təqdimatlar edilib.

Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Bu kimi beynəlxalq tədbirlər region ölkələri arasında təcrübə mübadiləsinin genişlənməsi və kistoz fibroz xəstələrinin müalicə imkanlarının yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin