Küçəyə atılan iki günlük körpənin valideynləri axtarılır - Nazirlik

Şirvanda iki günlük körpə küçəyə atılıb.

Körpənin qolunda olan “birka”da Məmmədova Aysel Əli qızı yazılıb. Uşaq polis əməkdaşları tərəfindən tapılaraq Şirvan Doğum evinə aparılıb. Körpə həkim nəzarətinə götürülüb, onun səhhəti yaxşıdır.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi araşdırma aparılır. (APA)

Səhiyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, uşaq hazırda Şirvan Doğum evindədir. Körpənin valideynlərinin kimliyi araşdırılır. Körpənin qolunda olan “birka”da Məmmədova Aysel Əli qızı yazılıb.
AzVision