"Sən də gəl, sən də tanı" – Kistik Fibrozla bağlı yeni layihə başlayıb
1 iyul 2025-ci ildən etibarən “Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyi yeni maarifləndirici layihəyə start verib. Layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihə çərçivəsində ilk dəfə olaraq “Kistoz Fibroza Dair” adlı elmi-maarifləndirici kitab nəşr olunacaq. Bu kitab həkimlər üçün müasir diaqnostika və müalicə protokollarını, praktik müayinə metodlarını təqdim edən, əyani vəsait kimi istifadə üçün nəzərdə tutulmuş peşəkar bir mənbə olacaqdır.
Layihə Bakı və Gəncə şəhərlərini əhatə edir. Məqsəd tibb işçilərinin bu nadir xəstəlik haqqında maariflənməsini artırmaq və xəstələrin həyat keyfiyyətini yüksəltməkdir.
Pediatriya.az adından layihəni həyata keçirən birliyə və kitabın müəlliflərinə uğurlar arzulayırıq.