Şəkərli diabet olan xəstə uşaqlar evdə təhsil proqramından yararlanmalıdır

Bakı, 19 may, AZƏRTAC

Şəkərli diabet olan xəstə uşaqlar evdə təhsil proqramından yararlanmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Sədaqət Vəliyeva həmin komitənin mayın 19-da keçirilən iclasında səsləndirib.

S.Vəliyeva bildirib ki, bu barədə hətta Nazirlər Kabinetinin qərarı da var. Həmin qərara görə, uşaq “koma” vəziyyətinə düşməlidir ki, evdə təhsildən yararlana bilsin. “Hesab edirəm ki, bu “koma” sözü qərardan çıxarılmalıdır. Əks halda bu kateqoriyadan olan uşaqlar evdə təhsil proqramına qoşula bilmirlər”, – deyə deputat qeyd edib.