Şəkər və fastfud alkoqol qədər qaraciyəri məhv edir

Şəkər və yağlı ət qaraciyəri alkoqol qədər zədələyir.

Ölkə.az “lenta.ru”ya istinadla xəbər verir ki, bu barədə həkim Aygül Arslanova danışıb.

Onun sözlərinə görə, bəzi qidalar qaraciyərə alkoqolun təsiri ilə müqayisə oluna biləcək dərəcədə zərər vurur:

“Qaraciyər üçün əsas təhlükə şəkərin artıq miqdarıdır. O, qazlı şirin içkilərdə, paketlənmiş şirələrdə, konfetlərdə, pirojnalarda olur. Bu məhsullar qaraciyəri qlükozanı yağa çevirməyə məcbur edir ki, bu da qeyri-alkoqollu piylənmə xəstəliyinə, iltihaba və hətta sirroza səbəb ola bilər”.

Bundan əlavə, həkim bildirib ki, qaraciyərə alkoqol qədər zərər verən digər məhsullar da var: yağlı və qızardılmış yeməklər (fastfud, kartof fri, yağlı ət), duzlu qidalar (yarımfabrikatlar, konservlər), emal olunmuş ət məhsulları (sosis, kolbasa, bekon), ağ çörək və təmizlənmiş undan hazırlanan şirniyyat, həmçinin yüksək civə tərkibli balıqlar (köpəkbalığı, qılınc balığı, kral skumbriya).

Həmidə İbrahimova