Səhiyyə qurumlarının transformasiya ofisi yaradılacaq
Bakı, 10 fevral, AZƏRTAC
Səhiyyə Nazirliyinin nəzdində səhiyyə qurumlarının transformasiya ofisi yaradılacaq. Səhiyyə qurumlarının nümayəndələri də həmin ofisdə təmsil olunacaqlar. Yaradılacaq ofis bütün səhiyyə qurumları arasında münasibətləri optimallaşdıracaq ki, bu da vətəndaş məmnunluğunu artıracaq.
AZƏRTAC xəbər verir ki, bunu bu gün Səhiyyə Nazirliyində keçirilən brifinqdə səhiyyə naziri Teymur Musayev deyib.
Nazir, həmçinin tibb müəssisələrinin akkreditasiya və nəzarət mərkəzinin də yaradılacağını qeyd edib.