Səhiyyə Nazirliyinin tabeliyində qalan dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin SİYAHISI

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli Fərmanına əsasən Səhiyyə Nazirliyinin tabeliyində qalan dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin

S İ Y A H I S I

  • Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi
  • Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və onun şöbələri
  • Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, habelə onun tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri
  • Əczaçılıq və Tibb Sənayesi Birliyi
  • Tibb tədris müəssisələri
  • Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və onun Masallı rayon filialı
  • Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər)
  • Respublika Leproz (Cüzam) Xəstəxanası
  • Taun əleyhinə stansiya və şöbələr
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzi
  • Respublika QİÇS-lə Mübarizə Mərkəzi
  • Ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları
  • “Tibb” qəzeti
  • “Azərbaycan Tibb Jurnalı”
  • Azərbaycan Respublikası Dövlət Elmi-Tibbi Kitabxanası
  • Azərbaycan Təbabəti Muzeyi
  • “Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi” və “Azərtibbtəchizat” məhdud məsuliyyətli cəmiyyətləri
  • İnnovasiya və Təchizat Mərkəzi
  • Sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri
  • Bakı Sağlamlıq Mərkəzi
  • Talassemiya Mərkəzi
  • Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti

 

Siyahıda qeyd edilməyən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olmuş dövlət səhiyyə sisteminə daxil olan digər bütün tibb müəssisələri yeni yaradılmış İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyinə verilmişdir.