Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrinin enerji təminatında problem olmayıb
Ötən gecə Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) altıncı blokunda baş verən qəza yanğınla nəticələnib. Nəticədə ölkənin bir çox yerlərində elektrik enerjisinin verilməsində problemlər yaranıb.
Səhiyyə Nazirliyinin tabeçiliyində olan dövlət tibb müəssisələrində heç bir problem yaşanmayıb. Tibb müəssisələri generatorlarla təchiz olunub. Ölkədə yaranan ümumi problem baş verən kimi, generatorlar avtomatik işə düşüb.
Bakı və bölgələrdə Təcili Tibbi Yardımın fəaliyyətində də hər hansı bir problem qeydə alınmayıb.
Hadisə nəticəsində ölən və yaralanan yoxdur.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı