Səhiyyə Nazirliyinin saxlanılma xərclərinə büdcədənkənar vəsait də daxil edilib

Baxış
25

Səhiyyə Nazirliyinin saxlanılma xərclərinə büdcədənkənar vəsait də daxil edilib.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Səhiyyə Nazirliyi haqqında Əsasnaməyə edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, nazirliyin saxlanması xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi, büdcədənkənar vəsait və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdiriləcək.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin