Səhiyyə Nazirliyinin psixiatrı uşaqlarda kəkələmə problemindən danışıb

Baxış
29

Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin psixiatrı Aydan Cabbarova uşaqlar arasında kəkələmə problemindən danışıb.

“Report” xəbər verir ki, o, kəkələmə probleminin yaşla əlaqədar olmadığını bildirib.

Psixiatr bu problemin istənilən yaşda yarana biləcəyini söyləyib.

A.Cabbarova hətta 50 yaşlı insanda da qorxudan kəkələmə yarana biləcəyini qeyd edib.

“Bu problem müalicə ilə aradan qalxan məsələdir. Əsas məsələ səbəbin aydınlaşdırılmasıdır”, – psixiatr əlavə edib.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin