Səhiyyə Nazirliyinin mütəxəssisi: “Yay aylarında balıq yağı qəbulu məsləhətli deyil”
“Yay aylarında balıq yağı qəbulu məsləhətli deyil”.
“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq Nigar Həsənova deyib.
Yay aylarında meyvə və tərəvəzlərin bol olduğunu söyləyən mütəxəssis bildirib ki, bunlardan istifadə etmək daha məqsədəuyğundur.
Həkim həmçinin yay aylarında balıq yağlarından və digər vasitələrdən qida əlavəsi kimi istifadə etməkdə heç bir problemin olmadığını qeyd edib.