Səhiyyə Nazirliyinin mətbuat xidmətinə yeni rəhbər təyin olundu

Baxış
27

Səhiyyə Nazirliyinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədovanın Trend-ə verdiyi məlumata görə, bu vəzifəyə Pərviz Abubəkirov təyin edilib.

S.Əhmədova əlavə edib ki, P.Abubəkirov artıq bu gündən vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, P.Abubəkirov ANS-də “Cinayət işi” və İTV-də “Qanundan kənar” verilişlərinin aparıcısı olub.

Xatırladaq ki, bundan öncə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş Liya Bayramova öz ərizəsi ilə işdən ayrılmışdı.

 

Trend

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin