Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif olunub
Səhiyyə naziri Oqtay Şirəliyev nazirliyin mətbuat katibi Liya Bayramova ilə bağlı əmr imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, səhiyyə naziri Oqtay Şirəliyevin 88 nömrəli 26 dekabr 2017-ci il tarixli əmri ilə Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunub.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin mətbuat şöbəsi media ilə səmərəli əməkdaşlığı ilə seçilir. KİV-lərin Səhiyyə Nazirliyinə ünvanladığı sorğular vaxtında cavablandırılır, keçirilən tədbirlərdə medianın iştirakı üçün şərait yaradılır.
Azərbaycanın ilk milli pediatrik internet portalı – Pediatriya.az portalı adından Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramovanı yüksək mükafatla təltif olunması ilə əlaqədar təbrik edirik, onun çətin və şərəfli işində uğurlar arzu edirik.