Səhiyyə Nazirliyinin kollektivi COVID-19 infeksiyasına qarşı peyvənd olunub

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollektivi koronavirusa qarşı vaksinasiyadan keçib.

Könüllü şəkildə vaksinasiyadan keçmək istəyən Nazirliyin əməkdaşları həkim yoxlanışından sonra peyvənd olunub.

Qeyd edək ki, ötən gün Azərbaycanda başlayan vaksinasiyada Çin istehsalı olan “Sinovac” şirkətinin hazırladığı “CoronaVac” vaksinindən istifadə olunur.