Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının iclası keçirilib

Fevralın 8-də Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə digər məsələlərlə yanaşı elmi-tədqiqat işlərinin etik ekspertiza sisteminin inkişafında Qazaxıstanın təcrübəsi və Davamlı Tibbi Təhsil tədbirlərinin akkreditasiyası daxil edilib.

İclasda Səhiyyə Nazirliyinin mütəxəssisləri ilə yanaşı, Dünya Səhiyyə Təşkilatının Avropa regionu üzrə Təhsil Mərkəzinin rəhbəri, Qazaxıstan Səhiyyə Nazirliyinin etika komissiyasının katibi, professor Baxit Sarımsakova məruzə edib. O, öz ölkəsinin həmin sahədəki təcrübəsi barədə azərbaycanlı həmkarlarına ətraflı məlumat verib.

Elmi-Tibbi Şuranın iclasında bu ilin aprelində keçiriləcək “Kəskin zəhərlənmələrin diaqnostikası və müalicəsi” tədris kursu, Azərbaycan-Alman-Türk Tibb Konqresi və mayda keçirilməsi nəzərdə tutulan Avropa Uşaq Ortopediya Cəmiyyətinin regional kursu barədə müraciətlərə baxılıb.

 

AZƏRTAC