Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasında ayrı-ayrı tibb müəssisələrinin hesabatları dinlənilir
Səhiyyə Nazirliyində Elmi-Tibbi Şuranın iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, V.Axundov adına Tibbi Profilaktika İnstitutunun və K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun elmi hesabatları dinlənilib.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasında 2017-ci ilin elmi hesabatların müzakirəsinə başlanılıb. Həftə ərzində gündəlik iclaslar martın 2-dək davam edəcək.
Həftənin ilk günü Azərbaycan Tibb Universitetinin və Milli Onkologiya Mərkəzinin hesabatları dinlənilib.
Həftə ərzində akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun fəaliyyəti və digər müəssisələrin hesabatları dinləniləcək.