Səhiyyə Nazirliyi: "Valideynlərin hər ikisi diabet xəstəsidirsə, uşaqların 30 faizində bu xəstəlik ola bilər"
“Valideynlərin hər ikisi diabet xəstəsidirsə, uşaqların 30 faizində bu xəstəlik ola bilər”.
“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.
“Bu da diabet xəstəliyinin genetik faktorlu olmasından qaynaqllanır. Ən çox rast gəlinən növ – 1-ci tip diabetdi və bütün yaşlarda ortaya çıxa bilər. Son 10-20 ildə 2-ci tib diabet isə uşaqlarda rast gəlinir və bu, 10 yaşdan sonra ortaya çıxır”, – o vurğulayıb.