Səhiyyə naziri Oğuzda vətəndaşların qəbulunu keçirəcək
Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 17.07.2018-ci il tarixində saat 12:00-da Oğuz Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.
Nazir Oğuz,Şəki, ismaillı, Qəbələ rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.
Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Oğuz Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.
Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı