Səhiyyə naziri Biləsuvarda vətəndaşları qəbul edib
Bakı, 22 fevral, AZƏRTAC
Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir. Fevralın 22-də səhiyyə naziri Oqtay Şirəliyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında Cəlilabad, Neftçala, Salyan və Biləsuvar rayon sakinlərini qəbul edib.
Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbul zamanı sakinlərin sağlamlıq problemləri, işlə təminatı və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.