“Səhiyyə“ işçi qrupunun iclası keçiriləcək

17 noyabr, 2021-ci il tarixdə, saat 15.00-da “ZOOM” platforması vasitəsilə Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Səhiyyə sistemi işçi qrupu”nun “Müvafiq fəaliyyət istiqamətləri üzrə görülən işlər və qarşıda duran vəzifələr” mövzusunda növbəti iclasının keçirilməsi nəzərdə tutulub.

İclasda Səhiyyə Nazirliyi, İcbari Sığorta üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Dövlət Statistika Komitəsi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dentons Hüquq Şirkətinin məsul şəxsləri iştirak edəcək.

Görüşdə Sağlam ömür uzunluğunun hesablanması və Azərbaycan üçün göstəricilərin təqdim olunması, dövlət səhiyyə sisteminin inkişaf etdirilməsi istiqamətində dövlət -özəl tərəfdaşlığı imkanları və buna müvafiq olaraq təkliflərin dəyərləndirilməsi aparılacaqdır. Azərbaycan Respublikasında biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, milli iqtisadiyyatın rəqabət qabiliyyətliyinin artırılması istiqamətində müvafiq sahə üzrə təkliflər vermək istəyən şəxslər əvvəlcədən təkliflərini veb-portal vasitəsilə göndərə bilərlər.

 

Daha ətraflı: azranking.az-da