Səbaildə əhalinin pulsuz göz müayinələri aksiyası keçirilib

Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi ilə əlaqədar Səbail rayonundakı ən müasir tibb müəssisələrindən olan “Dünyagöz” Göz Klinikasının təşəbbüsü və Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun 20-ci yaşayış sahəsində şəhid ailələri, müharıbə veteranları və əlilləri, məcburi köçkünlər və imkansız ailələrin nümayəndələri üçün pulsuz göz müayinələri keçirilib.

Səbail Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a məlumat veriblər ki, klinikanın səyyar laboratoriyası sakinlərin müayinəsini aparıb. Sakinlər gün ərzində peşəkar oftalmoloqlar tərəfindən pulsuz müayinə edilib və lazımi məsləhətlər alıblar. Ehtiyac yarandığı təqdirdə vətəndaşlar stasionar müalicəyə cəlb olunacaqlar.

Müayinə aksiyası sabah da davam etdiriləcək.

AZƏRTAC