Şabranda 2 yaşlı körpə dərmandan zəhərləndi

Baxış
23

Şabran rayonunda zəhərlənmə olub.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Şabran şəhərində qeydə alınıb.

Şəhər sakini, 2018-ci il təvəllüdlü Xuraman Vüsal qızı Zəkiyeva dərmandan zəhərlənib.

Azyaşlının anasının sözlərinə görə, körpənin hansı həbi qəbul etdiyini bilmir.

X.Zəkiyevanın müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin