Rezidenturada həkim hazırlığı aparan təhsil müəssisələrinin siyahısı təsdiqlənib

Rezidenturada həkim – mütəxəssislərin hazırlığını aparan təhsil müəssisələrinin siyahısı təsdiqlənib.

APA-nın xəbərinə görə, bununla bağlı, Səhiyyə Nazirliyində əmr imzalanıb.

Əmrə əsasən, rezidenturada həkim – mütəxəssislərin hazırlığını aparan təhsil müəssisələrinin siyahısına Azərbaycan Tibb Universiteti (ATU), Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Naxçıvan Dövlət Universiteti daxil edilib.

Əmrlə hazırda həkim – mütəxəssislərin hazırlığını aparan klinik bazalara rezidentura təhsili üzrə metodik rəhbərlik cari tədris ilindən başlayaraq ATU-nun rezidentura şöbəsinə həvalə edilib.

Eyni zamanda, ATU, Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Naxçıvan Dövlət Universitetinin rəhbərlərinə Səhiyyə Nazirliyi ilə razılaşdırılmaqla həkim – mütəxəssislərin təhsil proqramlarına uyğun hazırlığının aparılması üçün müvafiq kadr potensialına və maddi – texniki bazaya malik olan səhiyyə və elm müəssisələri ilə müqavilə bağlamaq səlahiyyəti də verilib.

 

APA