Rezidentlərin yekun attestasiyası haqqında

Rezidentlərin yekun attestasiyası Azərbaycan Tibb Universitetində Attestasiya Komissiyası tərəfindən aparılacaqdır. Yekun attestasiya iki mərhələdə (test və praktik) aparılacaqdır. Birinci mərhələdə rezident 3 saat ərzində 50 test sualına cavab verir. Test imtahanı komputer vasitəsilə aparılır. Test suallarına hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur. Testin yekununa görə 40 və ya daha çox bal toplayan rezidentlər yekun attestasiyanın ikinci mərhələsinə buraxılırlar. İkinci mərhələdə rezident tərəfindən 5 müxtəlif klinik hal araşdırılır. Klinik halların hər biri meyarları ali tibb təhsili müəssisəsində təyin edilən 10 bal çərçivəsində qiymətləndirilir. Bu mərhələnin yekununa görə 30 və ya daha çox bal toplamış rezident yekun attestasiyadan müvəffəqiyyətlə keçmiş hesab edilir.

Yekun attestasiyanın istənilən mərhələsində iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Yekun Attestasiyanın test mərhələsi 24.10.2018-ci il tarixində saat 10:00-da Azərbaycan Tibb Universitetinin Virtual Test Mərkəzində (VTM) keçiriləcəkdir. Rezidentlər şəxsiyyət vəsiqələrini təqdim etməklə VTM-də istifadəçi şifrəsini əldə edə bilərlər. VTM Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda yerləşir.

Yekun attestasiyanın praktik mərhələsi ixtisasdan asılı olaraq 29.10.2018-ci il və  30.10.2018-ci il tarixində saat 10:00-da Azərbaycan Tibb Universitetinin kafedralarında və klinikalarında keçiriləcəkdir. Rezidentlərin göstərilən günlərdə saat 09.45-də ixtisas üzrə yekun attestasiyanın keçirildiyi müəssisədə olmaları tələb olunur. Yekun attestasiyanın ixtisaslar üzrə praktik mərhələsinin keçirildiyi yerlər  aşağıdakı cədvəldə verilmişdir: 

 

İxtisaslar

Tarix  

Attestasiyanın keçiriləcəyi yer

 

Psixiatriya

Narkologiya

29.10.2018 Azərbaycan Tibb Universitetinin Psixiatriya  kafedrası,

2 nömrəli Psixiatriya Xəstəxanası

Ürək-damar cərrahiyyəsi

 

30.10.2018 Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası, II mərtəbə
Ümumi cərrahiyyə 29.10.2018

30.10.2018

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası,  X mərtəbə
Plastik cərrahiyyə 29.10.2018 Azərbaycan Tibb Universitetinin Tədris  Cərrahiyyə  Klinikası, VIII mərtəbə
Urologiya 29.10.2018 Azərbaycan Tibb Universitetinin Tədris  Cərrahiyyə  Klinikası,  XII mərtəbə  
Nefrologiya 29.10.2018 Azərbaycan Tibb Universitetinin  Tədris  Terapiya  Klinikası, IV mərtəbə
Revmatologiya 29.10.2018 Azərbaycan Tibb Universitetinin  Tədris  Terapiya  Klinikası, XI  mərtəbə
İmmunologiya

 

29.10.2018 Azərbaycan Tibb Universitetinin 5  nömrəli tədris binası,  I mərtəbə
Ftiziatriya

 

29.10.2018 Azərbaycan Tibb Universitetinin  Ftiziatriya  kafedrası, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri  İnstitutu

 

Gigiyena

 

29.10.2018 Azərbaycan Tibb Universitetinin

nömrəli tədris binası,  IV mərtəbə

Mikrobiologiya

 

29.10.2018 Azərbaycan Tibb Universitetinin

4 nömrəli  tədris binası, III mərtəbə

Laboratoriya işi

 

29.10.2018 Azərbaycan Tibb Universitetinin

nömrəli tədris binası,  Biokimyəvi  laboratoriya

Epidemiologiya

 

29.10.2018 Azərbaycan Tibb Universitetinin

nömrəli  tədris binası,  VII mərtəbə

Anesteziologiya-reanimatologiya 29.10.2018

30.10.2018

Azərbaycan Tibb Universitetinin Tədris  Terapiya  Klinikası, IV  mərtəbə
Oftalmologiya

 

29.10.2018 Azərbaycan Tibb UniversitetininTədris  Cərrahiyyə  Klinikası,  VI mərtəbə
Allerqologiya

 

29.10.2018 Azərbaycan Tibb Universitetinin Tədris  Terapevtik  Klinikası, I mərtəbə
Stomatologiya

 

29.10.2018 Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikasının Tədris  mərkəzi
Onkologiya 29.10.2018 Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikası
Mamalıq-ginekologiya 29.10.2018 Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, VI mərtəbə
Otorinolarinqologiya

 

29.10.2018 Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, VIII mərtəbə
Nevrologiya

 

29.10.2018 Azərbaycan Tibb Universitetinin Tədris Terapiya   Klinikası, VII mərtəbə
Terapiya

 

29.10.2018

30.10.2018

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası, VIII mərtəbə
Kardiologiya 30.10.2018 Azərbaycan Tibb Universitetinin Tədris Terapiya, I mərtəbə
Qastroenterologiya

 

29.10.2018 Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası, XI mərtəbə
Hematologiya

 

29.10.2018 Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikasının Hematologiya   şöbəsi, XIII mərtəbə
Dermatovenerologiya

 

29.10.2018 Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası, I mərtəbə
Yoluxucu xəstəliklər

 

29.10.2018 Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası, I mərtəbə
Endokrinologiya

 

29.10.2018 Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası, IX mərtəbə
Pediatriya

 

29.10.2018 Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası, V mərtəbə
Şüa diaqnostikası

 

29.10.2018

30.10.2018

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası, II mərtəbə
Üz-çənə cərrahiyyəsi 29.10.2018 Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, VI mərtəbə
Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza 29.10.2018 Məhkəmə Tibbi Ekspertizası və Patoloji anatomiya Birliyi
Sosial gigiyena və səhiyyənin təşkili 29.10.2018 Azərbaycan Tibb Universiteti Əsas bina IV mərtəbə İctimai sağlamlıq və səhiyyənin təşkili
Fizoterapiya və tibbi bərpa 29.10.2018 Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası, VII mərtəbə
Neyrocərrahiyyə 29.10.2018 Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, IX mərtəbə
Travmatologiya-ortopediya 29.10.2018 Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, IX mərtəbə
Uşaq cərrahiyyəsi 29.10.2018 Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, VI mərtəbə

 Yekun attestasiya ilə bağlı hər hansı sualınızla əlaqədar ATU-nun rezidentura şöbəsi ilə 012 597 44 83 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.