Rezidentlərin təkrar yekun attestasiyası haqqında Elan
2020-ci il fevral ayında Azərbaycan Tibb Universitetində həkim-rezidentlər üçün təkrar yekun attestasiya imtahanı keçiriləcək.
Əmək qabilliyyətini müvəqqəti itirmiş, sosial məzuniyyətlə əlaqədar 2019-cu il oktyabr ayında iştirak edə bilməyənlər və yekun attestasiya imtahanından keçməyən həkim-rezidentlər.
Yekun attestasiya iki (test və praktik) mərhələdə aparılacaqdır. Birinci mərhələdə rezident 3 saat ərzində 45 test sualına cavab verir. Test imtahanı komputer vasitəsilə aparılır. 40 test suallarına hər düzgün cavab 1 balla qiymətləndirilir. 5 sual açıq test sualları olub hər biri 2 balla qiymətləndiriləcəkdir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur. Testin yekununa görə 40 və ya daha çox bal toplayan rezidentlər yekun attestasiyanın ikinci mərhələsinə buraxılırlar.
İkinci mərhələdə rezident tərəfindən 5 müxtəlif klinik hal araşdırılır. Klinik halların hər biri meyarları ali tibb təhsili müəssisəsində təyin edilən 10 bal çərçivəsində qiymətləndirilir. Bu mərhələnin yekununa görə 30 və ya daha çox bal toplamış rezident yekun attestasiyadan müvəffəqiyyətlə keçmiş hesab edilir. Testləri əhatə edən ədəbiyyat siyahısı amu.edu.az saytına yerləşdirilib.
Yekun attestasiyanın istənilən mərhələsində iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidir.
Yekun Attestasiyanın test mərhələsi 25.02.2020-ci il tarixində saat 09:00-da Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzində keçiriləcək. Rezidentlər şəxsiyyət vəsiqələrini təqdim etməklə 20.02.2020-ci il tarixindən etibarən İmtahan Mərkəzində istifadəçi şifrəsini əldə edə bilərlər. İmtahan Mərkəzi Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda yerləşir.
Yekun attestasiyanın praktik mərhələsi ixtisasdan asılı olaraq 27.02.2020-ci il tarixlərində saat 09:30-da Azərbaycan Tibb Universitetinin kafedralarında və klinikalarında keçiriləcəkdir. Rezidentlərin göstərilən günlərdə saat 09:00-da ixtisas üzrə yekun attestasiyanın keçirildiyi müəssisədə olmaları tələb olunur. Yekun attestasiyanın ixtisaslar üzrə praktik mərhələsinin keçirildiyi yerlər aşağıdakı cədvəldə verilib:
İxtisaslar | Tarix | Yekun attestasiya praktik mərhələsi üzrə keçiriləcəyi yer |
Ürək-damar cərrahiyyəsi | 27.02.2020 | Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası II mərtəbə |
Ümumi cərrahiyyə | 27.02.2020 | Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası X mərtəbə |
Plastik cərrahiyyə | 27.02.2020 | Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası VIII mərtəbə |
Urologiya | 27.02.2020 | Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası XII mərtəbə |
Nefrologiya | 27.02.2020 | Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası IV mərtəbə |
Mikrobiologiya | 27.02.2020 | Azərbaycan Tibb Universitetinin 4 nömrəli tədris binası III mərtəbə |
Laboratoriya işi | 27.02.2020 | Azərbaycan Tibb Universitetinin 4 nömrəli tədris binası Biokimyəvi laboratoriya |
Anesteziologiya reanimatologiya |
27.02.2020 | Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, IV mərtəbə |
Oftalmologiya | 27.02.2020 | Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası VI mərtəbə |
Onkologiya | 27.02.2020 | Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikası |
Mamalıq-ginekologiya | 27.02.2020 | Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası VI mərtəbə |
Otorinolarinqologiya | 27.02.2020 | Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası VIII mərtəbə |
Nevrologiya | 27.02.2020 | Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası VII mərtəbə |
Terapiya | 27.02.2020 | Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası VIII mərtəbə |
Kardiologiya | 27.02.2020 | Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası I mərtəbə |
Qastroenterologiya | 27.02.2020 | Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası XI mərtəbə |
Hematologiya | 27.02.2020 | Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikasının Hematologiya şöbəsi, XIII mərtəbə |
Dermatovenerologiya | 27.02.2020 | Azərbaycan Tibb Universitetinin Tədris Terapiya KlinikasıI mərtəbə |
Yoluxucu xəstəliklər | 27.02.2020 | Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası I mərtəbə |
Endokrinologiya | 27.02.2020 | Azərbaycan Tibb Universitetinin Tədris Terapiya KlinikasıIX mərtəbə |
Pediatriya | 27.02.2020 | Azərbaycan Tibb Universitetinin Tədris Terapiya KlinikasıV mərtəbə |
Şüa diaqnostikası | 27.02.2020 | Azərbaycan Tibb Universitetinin Tədris Terapiya KlinikasıII mərtəbə |
Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza |
27.02.2020 | Məhkəmə Tibbi Ekspertizası və Patoloji anatomiya Birliyi |
Neyrocərrahiyyə | 27.02.2020 | Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası IX mərtəbə |
Yekun attestasiya ilə bağlı hər hansı sualınızla əlaqədar Azərbaycan Tibb Universitetinin rezidentura və magistratura şöbəsi – 012 597 44 83 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.