Rezidentlərin nəzərinə !!!
Rezidentlərin yekun attestasiyasının praktik mərhələsi haqqında elan
2018-ci ilin oktyabr ayında keçirilən yekun attestasiyadan keçməyənlər (əmək qabiliyyətini müvəqqəti itirmə, sosial məzuniyyətlə əlaqədar və s.), eləcə də rezidentura təhsilini 2019-cu ilin fevral ayınadək bitirən həkim-rezidentlər üçün yekun attestasiyanın praktik mərhələsi 28.02.2019-cu il tarixində saat 10:00-da Azərbaycan Tibb Universitetinin kafedralarında və klinikalarında keçiriləcəkdir. Rezidentlərin göstərilən tarixdə saat 09.45-də ixtisas üzrə yekun attestasiyanın keçirildiyi müəssisədə olmaları və şəxsiyyət vəsiqələrini təqdim etmələri tələb olunur. Yekun attestasiyanın ixtisaslar üzrə praktik mərhələsinin keçirildiyi yerlər aşağıdakı cədvəldə verilmişdir:
|
İxtisaslar |
Attestasiyanın keçiriləcəyi yer
|
| Psixiatriya
|
Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrası,
2 nömrəli Psixiatriya Xəstəxanası |
| Ümumi cərrahiyyə | Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, X mərtəbə |
| Plastik cərrahiyyə | Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, VIII mərtəbə |
| Nefrologiya | Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, IV mərtəbə |
| Revmatologiya | Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, XI mərtəbə |
| İmmunologiya
|
Azərbaycan Tibb Universitetinin 5 nömrəli tədris binası, I mərtəbə |
| Ftiziatriya
|
Azərbaycan Tibb Universitetinin Ftiziatriya kafedrası, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu |
| Gigiyena
|
Azərbaycan Tibb Universitetinin
1 nömrəli tədris binası, IV mərtəbə |
| Mikrobiologiya
|
Azərbaycan Tibb Universitetinin
4 nömrəli tədris binası, III mərtəbə |
| Anesteziologiya-reanimatologiya | Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, IV mərtəbə |
| Travmatologiya-ortopediya | Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, IX mərtəbə |
| Oftalmologiya
|
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, VI mərtəbə |
| Stomatologiya
|
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikasının Tədris mərkəzi |
| Mamalıq-ginekologiya | Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, XIII mərtəbə |
| Otorinolarinqologiya
|
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, VIII mərtəbə |
| Nevrologiya
|
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, VII mərtəbə |
| Terapiya
|
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, VIII mərtəbə |
| Kardiologiya | Azərbaycan Tibb Universitetinin Tədris Terapiya, X mərtəbə |
| Hematologiya
|
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikasının Hematologiya şöbəsi, XIII mərtəbə |
| Dermatovenerologiya
|
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, I mərtəbə |
| Yoluxucu xəstəliklər
|
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, I mərtəbə |
| Endokrinologiya
|
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, IX mərtəbə |
| Pediatriya
|
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, V mərtəbə |
| Şüa diaqnostikası
|
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, II mərtəbə |
| Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza | Məhkəmə Tibbi Ekspertizası və Patoloji anatomiya Birliyi |
| Fizoterapiya və tibbi bərpa | Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, VII mərtəbə |
| Uşaq cərrahiyyəsi | Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, VI mərtəbə |
Yekun attestasiya ilə bağlı suallarınızla əlaqədar ATU-nun rezidentura şöbəsi ilə 012 597 44 83 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.