Respublika Perinatal Mərkəzinin təmiri nə zaman bitəcək?

“Respublika Perinatal Mərkəzinin təmiri gələn ilin sonunda yekunlaşacaq”.

Oxu.Az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, Perinatal Mərkəzlə bağlı artıq Fövqəladə Hallar Nazirliyi və digər qurumların rəyləri alınıb:

“Təmirlə bağlı layihələndirilmə işləri yekunlaşıb. Gələn ilin əvvəlindən Perinatal Mərkəzdə təmir işləri başlayacaq və ilin sonuna tam yekunlaşacaq”.

Məhərrəm Əliyev