Respublika Pediatriya Mərkəzində “Febril qıcolmalar” mövzusunda seminar keçirilib
10 dekabr 2025-ci il tarixində Respublika Pediatriya Mərkəzinin Ə.Qarayev adına Uşaq Klinik Xəstəxanasında “Febril qıcolmalar” mövzusunda seminar təşkil olunub. Seminarı mərkəzin uzman pediatrı Nəsrin Ağayeva aparıb. Tədbir zamanı mütəxəssis febril qıcolmaların yaranma səbəbləri, risk faktorları, həmçinin uşaqlarda bu hallarda göstərilməli olan ilkin yardım tədbirləri barədə ətraflı məlumat verib. O, valideynlərin və tibb işçilərinin bu kimi vəziyyətlərdə düzgün yanaşmasının vacibliyini vurğulayıb.
Seminar Uşaq Klinik Xəstəxanasının akt zalında baş tutub və tədbirdə Mərkəzin həkimləri, tibb bacıları və digər əməkdaşlar iştirak ediblər. Təqdimatın sonunda fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr keçirilib.






