Respublika DM-də anadan qızına böyrək köçürülüb
Xroniki böyrək çatışmazlığından əziyyət çəkən 31 yaşlı qadın Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinə müraciət edib. Ağır depressiv vəziyyətdə olan xəstəyə psixitarik xidmətin konsiliumundan dərhal sonra antidepressiv medikamentoz terapiyaya başlanılıb. Eyni zamanda pasiyentə böyrək köçürülməsi əməliyyatı da planlaşdırılıb.
Psixiatrların xüsusilə vurğuladığına görə, depressiyanın etiologiyası xəstənin çox həssaslıqla qəbul etdiyi hemodializ seansına bağlı olub.
Zəruri hazırlıqlar aparıldıqdan sonra ən qısa zamanda pasiyentə anasının böyrəyi köçürülüb.
Uğurla keçən əməliyyat sonrası xəstə yenidən normal həyata qayıdıb. Bir neçə gündən sonra qız və anası tam sağlam şəkildə evə yola salınıb.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı