Regionlarda uşaqlar üçün pulsuz müayinə aksiyası davam edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında əməkdaşlıq çərçivəsində “Regionlarda uşaqların müayinəsi” layihəsinə davam edir.
Azmedinfo.az xəbər verir ki, TƏBİB-in dəstəyi ilə keçirilən layihə bu dəfə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında təşkil olunub. Bakıdan dəvət olunan müxtəlif ixtisaslardan həkimlərin iştirakı ilə keçirilən müayinələrdə Zaqatala və ətraf rayonlardan olan 260 sayda uşaq müayinə edilib. 1 uşağa stasionar müalicə təyin olunub, 24 nəfər Bakıya göndərişlə təmin edilib.
Tibbi müayinələrdən əlavə olaraq neonatoloqlar üçün təlim və neonatoloji xəstələrin konsultasiyası təşkil olunub.
Layihə çərçivəsində növbəti tibbi müayinələrin Daşkəsən, Şamaxı və Masallıda təşkili planlaşdırılır.