Quba rayonunun bir sıra kənd məntəqələrində hamilə qadınlar və uşaqlar müayinə edilib

Baxış
37

Bakı, 28 noyabr, AZƏRTAC

Quba Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası Quba rayonunun Vəlvələ, Hacıhüseyinli və Alpan kənd məntəqələrində hamilə qadın və uşaqları müayinə edib.

AZƏRTAC Quba Rayon Mərkəzi Xəstəxanasına istinadla bildirir ki, müayinə olunan şəxslərdən yerindəcə qan analizləri götürülüb və ehtiyac olduğu halda müalicə təyin edilib.

Qeyd edək ki, bu ilin sonuna kimi bütün kənd məntəqələrində hamilə qadın və uşaqlara həkim briqadasının baxışı nəzərdə tutulub.

 

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin