Qrip epidemiyası nəticəsində 50 nəfər vəfat edib

Çexiyada 3 həftə ərzində qrip epidemiyası nəticəsində 50 nəfər dünyasını dəyişib.

Trend-in verdiyi xəbərə görə, bu barədə Çexiyanın Dövlət Tibb Universitetinin yaydığı məlumatda deyilir.

Xəstəlikdən daha çox yaşlı nəslin nümayəndələrinin əziyyət çəkdiyi bildirilir. Ölənlərdən 43 nəfərin yaşı 60-dan çox olub.

Son 3 həftə ərzində 199 nəfər qripə yoluxan ölkə xəstəxanalarına ağır vəziyyətdə yerləşdirilib.

 

Trend