Qrip əleyhinə mövsümi vaksinasiyanın əks təsiri var? - AÇIQLAMA
Oktyabrın 8-dən Azərbaycanda qrip əleyhinə vaksinasiyaya başlanılacaq.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Samirə Nəcəfova bildirib.
Nazirlik rəsmisi deyib ki, Fransa istehsalı olan vaksinlər keyfiyyətli və tam təhlükəsizdir, əks göstərişi yoxdur.
Bildirilib ki, qripə qarşı vaksinasiya ödənişsizdir və yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır.
O da qeyd olunub ki, hər il ənənəvi olaraq payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar qrip vaksini ölkəyə gətirilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: