Qızdırma ilə bağlı qıcolmalar barədə vacib məlumatlar: Həkim Nərmin Əzizova

Uşağınız qızdırmalı olduğu dövrdə qıcolma keçirə bilər. Bu vəziyyət ana və ataları çox narahat edib qorxuzsa da, qızdırma ilə bağlı keçirilən qıcolmaların ümumi olaraq uşağınıza zərərli təsiri yoxdur. Bu yazımızda sizə qızdırma ilə bağlı qıcolmalar haqqında ümumi məlumat veriləcəkdir.  Daha ətraflı məlumatı isə uşağınızın həkimindən ala bilərsiz.

Фебрильные судороги: причины, симптомы и лечение в статье невролога Кельн О. Л.

Qızdırma ilə bağlı qıcolmalar nədir?

Qıcolma beyindəki anormal elektrik aktivlik nəticəsində ortaya çıxan və kontrol edilə bilinməyən qısa müddətli anormal hərəkətlərdir. Əgər bu qıcolmalara qızdırma səbəb olursa buna qızdırma ilə bağlı qıcolma deyilir. Qızdırma ilə bağlı qıcolmalar əsasən 1-5 dəqiqə davam edir. 6 ay – 6 yaş arasında olan uşaqlarda müşahidə edilir.  Xüsusən 18-ci ay dövründə daha çox müşahidə olunur. Əsasən də bu qızdırmalar uşaqlıq dövründə keçirilən infeksion xəstəliklərə bağlıdır.

Qıcolma dövründə xüsusən uşağınızın əlləri və ayaqları şiddətli şəkildə əsməyə (yellənməyə) başlayar və bu bəzən hətta tək tərəfli də ola bilər. Bu zaman uşağın gözləri bir nöqtəyə sabitlənərək baxır.

Hər uşağın qızdırma ilə bağlı qıcolma keçirmə riski vardırmı?

Hər 100 uşaqdan 3-5-i uşaqlıq dövründə ən azı bir dəfə qızdırma ilə bağlı qıcolma keçirə bilər. Qızdırma ilə bağlı qıcolma keçirən hər 10 uşaqdan 3-ündə isə qıcolma başqa bir dövrdə qızdırmalı vaxtda təkrarlana bilər. Əsasən bu uşaqların ana və atalarındada uşaqlıq dövründə qızdırma ilə bağlı qıcolma keçirmə hekayəsi vardır.

Qızdırma ilə bağlı qıcolma təkrarlana bilərmi?

Xəstələrin 70 %-i ömürlərində bir dəfə qızdırmaya bağlı qıcolma keçirirlər. Ancaq 100 xəstədən 10-a qədərində bu say 2 və ya daha çox sayda təkrarlana bilər. Ona görə ailələr bu vəziyyəti sakit qarşılamalıdırlar.

Qızdırma ilə bağlı qıcolma hansı xəstəliklər dövründə daha çox rast gəlinir?

Qızdırmailə bağlı qıcolma bütün qızdırmalı infeksion xəstəliklər sırasında görülə bilinər. Amma, xüsusən qıcolma səbəbi ola biləcək menengit (beyin qişasının iltihabı) baxımından mütləq təcili dəyərləndirilmə edilməlidir. Xüsusən 1 yaşdan aşağı olan uşaqlarda qızdırma ilə bağlı qıcolma keçirilirsə onlarda ilk əvvəl menengit xəstəliyi yoxlanılaraq istisna edilməli və ehtiyac olsa beyin onurğa mayesinə baxılmalıdır.

Qızdırma ilə bağlı qıcolma vəziyyətində uşağa nə edilməlidir?

Əgər uşağınız  qızdırma ilə bağlı qıcolma keçirirsə aşağıdakıları etməyiniz məsləhət görülür:

  1. İlk öncə sakit olmağa və təlaş etməməyə çalışın;
  2. Rahat nəfəs ala bilsin deyə uşağınızı yanı üstünə çevirin. Beləliklə ağız ifrazatının ağciyərlərə qaçmasının da qarşısını ala bilərsiz;
  3. Uşağınızın geyindiyi paltarları əynindən çıxarın və xüsusən boyun nahiyəsini rahatlaşdırın.
  4. Başının altına əlinizi və ya bir yastıq qoyun;
  5. Qızdırma ilə bağlı qıcolmalar keçirən uşağınıza əlavə olaraq ağzını açmağa və ya əlinizi və ya qaşığı ağzına soxmağa çalışmağınız ona zərər yetirə bilər;
  6. Həmin an qızıdırmasalıcı verməyiniz və ya ilıq duş qəbul etdirməyinizin də faydası olmayacaqdır;
  7. Qızdırmaya bağlı qıcolma dövründə hərəkətlərin necə olduğu və bu anormal hərəkətlərin nə qədər müddət davam etdiyinə diqqət edin. Mümkünsə qıcolmanın başladığı və qurtardığı vaxtları saata baxaraq qeyd edin;
  8. Əgər uşağınız daha əvvəl qızdırma ilə bağlı qıcolma keçiribsə və həkiminiz dərman (diazepam) qeyd edibsə onu rektal yolla (anal bölgədən) qeyd edilən dozda verilməlisiniz. Həmçinin qısa müddət ərzində uşağınızı xəstəxanaya çatdırmalısınız.

Qızdırma ilə bağlı qıcolma sonrasında görülə bilinəcək vəziyyətlər hansılardır?

Uşaqlar əsasən qızdırma ilə bağlı qıcolma sonrası yuxuya meyilli və dalğın olurlar. Bir müddət yatmağa ehtiyac hiss edirlər. Ona görə uşağınıza yemək, içmək və ya qızdırmasalıcı vermədən əvvəl onun tam oyanılmış vəziyyətdə olduğuna əmin olun.

Qızdırmasalıcı verərək qıcolmaların qarşısı alına bilinərmi?

Qızdırmanın aşağı salınmış olması, hər zaman qıcolmanın ortaya çıxmayacağı və ya müddətinin az olacağı mənasına gəlmir. Ona görə də qıcolma dövründə qızdırmasalıcı verməyə tələsməyin və qıcolma dövrü qurtaranadək gözləyin. Qızdırma ilə bağlı görülən qıcolmalar xüsusən qızdırmanın yüksəlməyə başladığı dövrdə müşahidə edilir. Hətta bəzən qıcolma keçirmədən əvvəl qızdırma olmaya da bilər. Bu dövrdə isə müşahidə zamanı qızdırma qalxa bilər.

Uşağınızın qızdırmasını necə aşağı sala bilərsiniz?

Uşağınızın isti olduğunu hiss etsəniz, tez termometrlə qızdırmasını ölçün. Əgər uşağınızın qızdırması varsa üstündən qalın geyimlərini çıxardın və qızdırmasalıcı dərman verin. Daha ətraflı bu barədə Pediatriya.az saytında yerləşdirilmiş məqalələrə nəzər yetirə bilərsiniz.

Uşağınızın qızdırma ilə bağlı qıcolma keçirməsi epilepsiya xəstəsi olacağını göstərirmi?

Çox zaman xeyr. Qızdırma ilə bağlı qıcolma keçirən yalnız hər 100 uşaqdan 5-ində epilepsiya inkişaf edə bilər.

Qızdırma ilə bağlı qıcolmalar beyni zədələyə bilərmi?

Qızdırma ilə bağlı qıcolmalar zamanı uşaqların görünüşü ailələri qorxuza bilər. Bu vaxta qədər aparılan tədqiqatlar qısa müddət davam edən qızdırmaya bağlı qıcolmaların beyinə zərər vermədiyini və ya qalıcı zədə qoymadığını göstərir. Əsasən qızdırma ilə bağlı qıcolmalar 5 dəqiqədən daha az davam edir. Ancaq çox uzun müddət (30 dəqiqəni keçən)  davam edən və tez-tez təkrarlayan qızdırmaya bağlı qıcolmalarda epilepsiya inkişaf etmə ehtimalının olduğu müəyyən edilmişdir.

Qızdırma ilə bağlı qıcolmalarda EEQ (Elektroensefaloqrafiya) çəkdirməyə ehtiyac varmı?

Xeyr. Qızdırma ilə bağlı qıcolma diaqnozunu qoymaq üçün EEQ çəkdirməyə ehtiyac yoxdur. Həkiminiz əgər ehtiyac görmürsə EEQ çəkdirməyə çalışmayın. EEQ çəkimini həkiminiz əgər ehtiyac olarsa istəyə bilər.

ПРИЗЫВ О ПОМОЩИ. Эпилепсия повлекла за собой много проблем… Маленький Алимехди нуждается в нашей поддержке – ФОТО | 1news.az | Новости

Qızdırma ilə bağlı qıcolmalarda beyin görüntülənmə (Tomoqrafiya) etməyə ehtiyac varmı? 

Nomalda lazım deyildir. Ancaq, xəstənin xüsusiyyətləri tipik qızdırma ilə bağlı qıcolma kimi deyilsə həkiminiz görüntü istəyə bilər.

Qızdırma ilə bağlı qıcolmaların təkrarlanmasının qarşısını ala biləcək dərmanlar vardırmı?

Təkrarlayan hər qızdırmaya bağlı qıcolmanın antisepileptiklə ilə müalicəsinin edilməsinə ehtiyac yoxdur. Ancaq, bəzi xüsusi vəziyyətlərdə həkiminiz bu tip dərmanları verə bilər.

Xüsusi qeyd: Uşağınızı infeksiyalardan qorumaq üçün ilk 6 ay sadəcə ana südü verin. Həmçinin peyvəndlərini vaxtı-vaxtında etdirməyi unutmayın.

 

Nərmin ƏZİZOVA

Pediatriya.az saytının təsisçisi