Qız uşaqlarında genital axıntı
Qız uşaqlarında genital axıntı
Uşaqlarda genital axıntılar bir sıra səbəbdən meydana çıxa bilər. Bunlara fiziolojik və patolojik səbəblər aid edilir.
Fiziolojik səbəblər: Bəzi yenidoğulan qız uşaqlarında həyatın ilk həftəsində vaginal qanama müşahidə edilir. Bu qanama anadan keçən estrogenlərin nəticəsinə bağlı olan qanama olub normal fiziolojik haldır. Əksəriyyət 3 aylıq olana qədər uşaq tamamilə kəsilir. Həkim müayinəsi olunması vacibdir.
Məktəbəqədərki dövrdə kiçik yaşlı qız uşaqlarında müşahidə edilən vaginal axıntılar əsasən təhlükə kəsb etməyən şəffaf, qoxusuz, yumurta ağı rəngində olan vaginal axıntılar fiziolojikdir. Menstruasiya dövrdən əvvəl estrogen səviyyəsinin artması ilə əlaqədar 6 ay – 1 il əvvəl qız uşaqlarında fiziolojik axıntı görülə bilinər.
Patoloji səbəblər: Spesifik mikrobiolojik (bakteriya, bağırsaq parazitləri, protozal infeksiyalar, göbələk infeksiyaları), fiziki, kimyəvi və allergik qıcıqlandırıcılara bağlı iltihablanmalar və nonspesifik səbəblərdən ola bilər. Uşaqlarda nadir müşahidə olunmasına baxmayaraq uzun müddət davam edən pix qoxulu və ya aralarla qanla qarışıq pis qoxulu axıntı olması vəziyyətində kiçik yad cisim (sabun parçası, sancaq, kiçik oyuncaq, qəpik və s.) olması mütləq inkar olunmalıdır.
Mikrobiolojik səbəblər və yad cisim inkar edildikdən sonra nonspesfiki vulvovaginit kimi diaqnoz qoyulur. Xüsusən qoxulu, sari yaşıl rəngli axıntı olduqda patolojik kimi düşünüb həkimə müraciət olunmalıdır.
Vaginal irinli axıntı yeniyetməlik dövründən əvvəl qız uşaqlarında çox rast gəlinən ginekoloji problemdir. Bu problem simptomatik və ya antibiotik müalicəsinə bir qədər davamlı olub, yenidən təkrarlana bilər.
Səbəblər
Uşaqların əksəriyyətində əsas səbəb düzgün gigiyenik qaydalara riayət olunmama və bağırsaq parazitləridir. Lakin uzun müddət davam edən axıntılarda anadangəlmə anomaliyalar, yad cisim, şiş, dəri xəstəlikləri araşdırılmalı və inkar edilməlidir. Düzgün gigenik şərtlərin qorunmaması dedikdə, vulva (xarici cinsiyyət orqanları) isti və nəmli saxlanılması; dar geyimlər; üzmədən sonra yaş alt paltarla gəzmək; sintetik alt paltarlar; piylənmə (köklük) vulvada nəmlilik artıran faktorlar; sabun, hamam köpükləri, antiseptik məhlullar maddələrin istifadəsi kimi bir çox faktorlar yüngül dərəcədə vaginal axıntıya səbəb ola bilər. Həddən artıq narahatçılıq verən qaşıntı anusun önündə vulvada (xarici cinsiyyət orqanlar) olarsa qıl qurdu şübhələnilməlidir. Həmçinin xəstənin sonuncu dəfə nə vaxt yuxarı tənəffüs yolu infeksiyası keçirdiyi və antibiotik qəbulu barədə məlumat alınmalıdır.
Klinik əlamətlər
Yüngül dərəcədə axıntılar vulvada (xarici cinsiyyət üzvləri) qaşıntı, axıntı, qızarıqlıq və sidikdə aralıqlı yanma və sızlama müşahidə edilir. Bu axıntı sari-yaşıl rəngli olub, alt paltarda iz buraxır. Uşaqlarda böyüklərdən fərqli olaraq ilkin olaraq vulvit (xarici cinsiyyət üzvlərin iltihabı) müşahidə edilir, sonrakı dövrdə vaginit (uşaqlıq yolunun iltihabı) qoşulur.
Genital axıntının diaqnozu necə qoyulur?
Spesifik mikrobiolojik vulvovaginitlərdə diaqnoz üçün axıntıdan direk olaraq alınan kulturada axıntının səbəbi müəyyənləşdirilmişdir.
Müalicə
Qız uşaqlarında vaginal axıntıya səbəb olan əsas faktor müəyyən edilmədikdə qıcıqlandırıcı amillər inkar edildikdən sonra uşaq və ana-ata gigiyena mövzüsunda təkrar məlumatlanıdırlmalıdır . Genital qıcıqlandırmaya gigiyenik qaydalara düzgün əməl olunmaması ilə yanaşı, kimyəvi və mexanik reaksiyalarda səbəb ola bilər. Gündəlik isti vanna qəbulu aparılmalıdır. 10-15 dəqiqə uşağın vannada oturmasına icazə verilməlidir. Həkim məsləhəti olmadan heç bir sabun və ya kimyəvi maddə tətbiq etmək olmaz . Genital bölgəyə qəti olaraq sabun istifadə olunmamalıdır. Genital bölgə durulanmalı və incə hərəkətlərlə qurulanmalıdır. Yaş salfet istifadə olmamaldır. Müalicədə əsas lokal təmizlik, həkiminiz təyinatı əsasında (lokal antibiotiklər və qısa müddətli estrogen müalicəsi) aparılır. Yad cisim (əgər qanlı, çoxlu, vaginal axıntı varsa) istisna olunmalıdır. Vulva təmiz və quru olmalıdır. Bişməcə kremləri vulva (xarici cinsiyyət üzvlərini) dərinin baryerini qoruya bilər. Nonspesifik vulvaginitlər düzgün müalicə edilib və qulluq edildikdə 2-3 həftə ərzində sağalır.
Qorunma yolları
Vagina girişi sidik yolu və anusa yaxın olduğu üçün mikroblara olduqca açıq nahiyədir. Hamamdan sonra xarici cinsiyyət üzvü qurulanmalı və nəmli buraxılmamalıdır. Alt paltarlar- pambıq, yun tərkibli olmalı və günlük dəyişdirilməlidir. Hovuz, hamam, idmandan sonra nəmli saxlanmamalıdır. Neytral pH I olmayan sabun istifadə olunmalıdır. Dar paltarlar geyinilməlidir. Gecə paltarları yumşaq olmalı və hava ventilasiya olunmalıdır. Kök və şəkər xəstəliyi olan uşaqlar vaginal axıntı və göbələk infeksiyalarına daha çox meyillidir. Ona görə diqqətli olunmalıdır. Ailələr uşaqlarına tualet təlimini kiçik yaşdan verməli, tualetdən öndən arxaya doğru təmizlənməlidir.Heç vaxt arxadan önə doğru təmizlənməməlidir. Əks halda anusdan olan mikroblar vaginaya keçər və bu nahiyədə çox ciddi infeksiyalara səbəb ola bilər. Qız uşaqlarında narahat edən axıntılar həyat qabilliyətini aşağı salır və daha ağır səbəblərə nəticə verə bilər.
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya Institutun mütəxəssis pediatr-həkimi və dissertantı