Qida Təhlükəsizliyi Agentliyi maarifləndirmə aksiyalarına start verir
Qida Təhlükəsizliyi Agentliyi əhali arasında genişmiqyaslı və uzunmüddətli maarifləndirmə aksiyalarına start verib.
Agentliyin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən Trend-ə verilən məlumata görə, qurum “5 addımda Qida Təhlükəsizliyi”, “Qida zəncirinin halqaları”, “Uşaqlar üçün yemək çantasının hazırlanma qaydaları” başlıqlı sosial məsuliyyət layihələri həyata keçirəcək. Layihənin məqsədi hər yaş qrupundan olan qida məhsulu istehlakçılarına qida təhlükəsizliyi anlayışını izah etmək, Azərbaycan gələcəyinin təməli hesab edilən azyaşlı uşaqlara ilkin gigiyena norma və qaydalarını aşılamaqdan ibarətdir.
Qida təhlükəsizliyi terminlərini sadə və anlaşılan dillə, ən geniş auditoriyaya çatdırmağı hədəf götürən Agentlik, bu layihə çərçivəsində məlumatlandırıcı materialları təhsil müəssisələrində, insanların daha çox vaxt keçirdiyi ictimai iaşə, xidmət obyektlərində və sosial şəbəkələrdə yayacaq.
Trend