Qida istehsalı sahələrində işləyənlər tibbi müayinədən keçəcək
Baxış
31
Qida istehsalı sahələrində sahibkarlıq subyektlərində işləyənlər tibbi müayinədən keçəcəklər.
Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həmin əməkdaşların hansı formada tibbi müayinədən keçməsi bilavasitə sahibkarlıq subyektlərinin rəhbərlərinin üzərinə düşür:
“Bu iş Səhiyyə Nazirliyi ilə birgə həyata keçiriləcək. Biz sadəcə dövlət nəzarətini icra edəcəyik. Həmin işçilər Səhiyyə Nazirliyinin müvafiq tibbi mərkəzlərində tibbi müayinələrə cəlb olunacaq. Onlar tibbi kartlarla təmin olunacaqlar”.
Trend
Şərhlər (0)