QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini: Ölkədə rəsmi qeydiyyata alınan İİV-ə yoluxmuş şəxslərin sayı 10 min 324 nəfərdir

Baxış
46

Bakı, 18 may, AZƏRTAC

Son statistikaya əsasən, ölkədə rəsmi qeydiyyatda olan İİV-lə yaşayan şəxslərin sayı 10 min 324 nəfərdir.

AZƏRTAC xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova bildirib.

Direktor müavini qeyd edib ki, onların 70 faizi kişi, 30 faizi isə qadındır: “Mərkəz tərəfindən aparılan araşdırmalara görə, cənub bölgəsində – Lənkəran, Astara, Lerik və Şirvan-Hacıqabul zonasında yoluxma hallarının nisbətən daha çox olduğu müşahidə edilib. Bu dəyişkən göstəricilər mütəmadi olaraq nəzarətdə saxlanılır və regionlarda profilaktik tədbirlər gücləndirilir”.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin