Qeysəriyyə əməliyyatı seçim deyil, tibbi zərurətdir

Samsun İl Sağlamlıq İdarəsinin müdiri Dr. Mustafa Uras bildirib ki, qeysəriyyə əməliyyatı doğum forması kimi deyil, yalnız tibbi səbəblərlə edilən cərrahi müdaxilədir. Son illərdə bu əməliyyat, cəmiyyətdə yanlış olaraq doğum üsulu kimi qəbul olunmağa başlanıb.
O qeyd edib ki, qeysəriyyə əməliyyatı müxtəlif fəsadlara – məsələn, bağırsaq yapışmalarına və körpədə reanimasiya ehtiyacının artmasına səbəb ola bilər. Körpə təbii doğum zamanı keçməli olduğu fizioloji mərhələləri yaşamadıqda, bu, onun sağlamlığına mənfi təsir göstərə bilər.
Mütəxəssislər normal doğumun həm ana, həm də körpə üçün daha faydalı olduğunu vurğulayırlar.